Xəbərlər

Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbuluna mane olub

Macarıstan və Slovakiya Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbul edilməsinə qarşı çıxıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Bu gün biz, yəni Slovakiya və Macarıstan 18-ci sanksiyalar paketinin qəbuluna mane olduq”, – Siyarto qeyd edib.