Macarıstan hökuməti gələn həftə Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu ilə bağlı ümumxalq referendumunda səs vermək üçün bütün vətəndaşlara bülletenlər göndərməyə başlayacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş nazir aparatının rəhbəri Qergeli Qulyas jurnalistlərlə görüşündə məlumat verib.
“Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi? Bu sualın iki mümkün cavabı var: bəli və ya xeyr. Seçki bülleteni xüsusi kağızda çap olunur və saxtakarlıqdan qorunur. Səsvermə may ayının sonuna kimi davam edəcək və ciddi nəzarət altında referendumun nəticələrinə yekun vurulacaq. Onlar notarial qaydada təsdiqlənəcək”, – deyə Qulyas aydınlaşdırıb.



