“Avropa Sülh Fondu vasitəsilə Ukraynaya ayrılan 6 milyard avrodan çox hərbi yardım Macarıstanın vetosuna görə dondurulub”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
“Ukrayna üçün ayrılmış 6 milyard avro bir Aİ ölkəsinin vetosuna görə dondurulmuş olaraq qalır”, – Borrell bildirib.