Xəbərlər

Maduro: Tramp müharibələri bitirə bilər

Venesuela Prezidenti Nikolas Maduro Donald Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Maduro “Con Maduro de Repente” radio proqramında deyib.

“Ümid edirəm ki, Tramp müharibələrə son qoyacaq. Venesuelanın öz yolu və tarixi var və o, bu dəyərləri ABŞ xalqı ilə bölüşür, bunlardan biri də bizim müharibəyə yox deməyimizdir. Tramp seçki kampaniyası zamanı diqqəti ABŞ-ın daxili inkişafına yönəldəcəyini, Ukrayna və Fələstin ərazilərindəki münaqişələrə son qoyacağını vəd edib”, – Maduro vurğulayıb.