Fələstin prezidenti Mahmud Abbas sentyabrın 18-də Türkiyəyə rəsmi səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gündəmində Abbasın rəsmi qarşılanma mərasimi, danışıqlar və şam yeməyi var. Fələstin liderinin səfəri açıqlanmayıb.
Liderlərin Qəzza zolağındakı hazırkı vəziyyəti və İsrailin hərəkətlərini müzakirə edəcəyi gözlənilir. Həmçinin Abbasın özünün və nümayəndə heyəti üzvlərinin ABŞ-ın viza verməməsi səbəbindən iştirak edə bilməyəcəyi BMT Baş Assambleyasında Fələstinin maraqlarının təmsil olunması məsələsi də gündəmdə olacaq.



