Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın dünya ölkələrindən Amerikaya idxal olunan məhsullara kəskin tariflər elan etməsindən sonra Avropa şirkətlərini ABŞ-a planlaşdırılan investisiyaları dayandırmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.
“Qarşıdan gələn investisiyalar və ya son həftələrdə elan edilən investisiyalar Birləşmiş Ştatlarla bağlı vəziyyət aydınlaşana qədər dayandırılmalıdır”, – Makron Fransa sənaye nümayəndələri ilə görüşündə deyib.



