Fransa Prezidenti Emmanuel Makron ölkəsinin hər zaman Livanın yanında olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu BMT Baş Assambleyasının 79-cu sessiyası ərəfəsində ABŞ-a səfər edən Fransa lideri fransız mətbuatına Livanla bağlı açıqlamaları zamanı deyib.
“Biz həmişə Livanın tərəfində olmuşuq və bundan sonra da belə olacağıq”, – Prezident vurğulayıb.
Livandakı hadisələri müzakirə etmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasında keçiriləcək toplantının çox əhəmiyyətli olduğunu deyən Makron regiondakı vəziyyəti nəzərə alaraq bu görüşü dəstəklədiyini bildirib.