Xəbərlər

Makron Blinkenlə Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın dövlət katibi Entoni Blinkeni Yelisey sarayında qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Respublika Prezidenti ilə Blinken Fransanın Ukraynaya və onun xalqına davamlı, uzunmüddətli dəstəyini təsdiqləyiblər. Daha sonra Yaxın Şərqdəki vəziyyəti, xüsusən də humanitar yardımın koordinasiyasını və Qəzzadakı hadisələri müzakirə ediblər”, – məlumatda bildirilib.