Xəbərlər

Makron: Bu halda Ukraynaya qoşun göndərilməsinə icazə verə bilərik

Fransa prezidenti Emmanuel Makron Rusiya Silahlı Qüvvələrinin cəbhə xəttini yarması halında Kiyevin xahişi ilə Ukraynaya qoşun yeridilməsi məsələsinə baxılmasına icazə verib.

“Füyuzat”ın məlumatına görə, o bu barədə “The Economist” jurnalına müsahibəsində deyib.

“Əgər ruslar cəbhə xəttini keçsələr və Ukraynadan müvafiq istək olsa, bizim bu istəyi dəyərləndirməyimiz üçün qanuni səbəblərimiz olar”, – Makron qeyd edib.

Fransa liderinin sözlərinə görə, bir çox ölkələr Parisin bu yanaşmasını başa düşüb və bu məsələdə onun mövqeyi ilə razılaşıb.

“Dediyim kimi, mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə qarşı-qarşıyayıq”, – Makron əlavə edib.

Qeyd edək ki, Fransa prezindenti bundan əvvəl Parisdə Ukraynaya həsr olunmuş konfransın yekunları üzrə verdiyi bəyanatda Qərb ölkələrinin quru qoşunlarının Ukraynada hərbi əməliyyat zonasına göndərilməsini mümkün hesab etdiyini demişdi.