“Fransa prezidenti Emmanuel Makron Fransanın Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək əzmində olduğunu bir daha təsdiqləyib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.
“Respublika prezidenti bu bazar ertəsi, 2025-ci il fevralın 10-da Yelisey sarayında keçirilən Süni İntellekt Sammiti çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb. O, Fransanın Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək əzmində olduğunu bir daha təsdiqləyib”, – məlumatda bildirilib.