Fransa prezidenti Emmanuel Makron Qüdsdə törədilən terror aktı nəticəsində ölənlərlə bağlı başsağlığı verib və İsrail-Fələstin münaqişəsinin siyasi həllinə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident “X” səhifəsində qeyd edib.
“Fransa Şərqi Qüdsdə baş vermiş terror aktını kəskin şəkildə pisləyir. Qurbanların ailələrinə və bütün İsrail xalqına səmimi başsağlığı verirəm.
Zorakılıq spiralı qırılmalıdır. Yalnız siyasi həll regionda hamı üçün sülh və sabitliyi bərpa edəcək”, – o əlavə edib.



