Xəbərlər

Makron istefa verməyəcəyini bildirib

Fransa prezidenti Emmanuel Makron səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmağı planlaşdırır və parlament ölkənin hazırkı hökumətinə etimadın əleyhinə səs versə belə, istefa verməyəcək.

“Füyuzat”ın məlumatına görə, bunu o, Səudiyyə Ərəbistanına səfəri zamanı fransız jurnalistlərə deyib.

LCI telekanalı qeyd edir ki, dövlət başçısı bu cür ehtimalları “siyasi uydurma” adlandırıb.

“Mən iki dəfə fransız xalqı tərəfindən seçilmişəm. Bununla çox fəxr edirəm və bu etimadı son saniyəyə qədər bütün enerjimlə doğruldacağam”, – Makron qeyd edib.

Eyni zamanda, dövlət başçısı Milli Assambleyanın (parlamentin aşağı palatası) deputatlarının hazırkı Nazirlər Kabinetinə etimadın əleyhinə səs verəcəyinə inanmadığını vurğulayıb.