Xəbərlər

Makron: Putinlə danışmağa hazıram

“Ukraynada sadə atəşkəs münaqişəni həll etməyəcək. Ona görə də ərazi məsələlərini həll edəcək, təhlükəsizliyi təmin edəcək və Ukraynada uzunmüddətli iqtisadi, sosial və siyasi sabitliyə şərait yaradacaq hərtərəfli sülh sazişi lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

“Düşünürəm ki, ABŞ NATO-dan çıxmaq istəyir? Yox. Bəs onların NATO-dan çıxması arzuolunandırmı? Yox. Hesab edirəm ki, NATO bu gün həmişəkindən daha faydalıdır. NATO faydalı alyans olaraq qalır, çünki o, bir sıra Avropa ölkələrinin təhlükəsizliyinin açarıdır”, – Fransa prezidenti bildirib.