Fransa Prezidenti Emmanuel Makronun avqustun 29-30-da Serbiyaya səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Səfər zamanı Fransa tərəfi Serbiya Prezidenti Aleksandr Vuçiçin 2024-cü ilin aprelində Parisə səfəri zamanı qaldırılan mövzuların müzakirəsini davam etdirmək, daha sonra iqtisadiyyat, səhiyyə, enerji, mədəniyyət və süni intellekt məsələlərini, həmçinin Serbiyanın Avropa İttifaqına (Aİ) inteqrasiyasını davam etdirməklə bağlı məsələləri müzakirə etmək niyyətindədir.