“Kiyev ərazi məsələlərini həll edərkən münaqişəni mövcud reallıqlar əsasında müzakirə etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“Ukrayna ərazi məsələləri ilə bağlı real müzakirələr aparmalı olacaq. Ukraynada nizamlanma sadə və asan ola bilməz. Kiyevin iştirakı olmadan Ukrayna ilə bağlı sülh təşəbbüsləri ola bilməz və Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyi təmin edilə bilməz”, – Makron əlavə edib.