Xəbərlər

Makron: Ukrayna və Aİ-nin suverenliyi ilə bağlı müzakirələri davam etdirəcəyəm

Fransa prezidenti Emmanuel Makron Parisdə Avropa liderləri ilə görüşdən sonra Volodimir Zelenski və ABŞ prezidenti Donald Trampla danışıqlar apardığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Biz Ukraynada güclü və davamlı sülh istəyirik. Bunun üçün Rusiya tərəfdən hərbi əməliyyatlara son qoyulması və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanəti lazımdır. Əks halda, bu atəşkəs Minsk razılaşmaları kimi başa çatacaq”, – Makron bildirib.