Fransada erkən seçkilərin birinci mərhələsində ifrat sağçılar 33,15 faizlə birinci olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, Fransada dünən keçirilən növbədənkənar ümumi seçkilərin birinci mərhələsində ifrat sağçı Marin Le Penin rəhbərlik etdiyi Milli Ralli (MN) partiyası 33 faizdən çox səs toplayaraq birinci yeri tutub.
Nəticələrə görə, solçu partiyaların yaratdığı Yeni Xalq Cəbhəsi Alyansı isə 28 faiz səslə ikinci, Prezident Emmanuel Makronun “Birgə Respublika naminə” alyansı isə 20 faiz səslə üçüncü yeri tutub.