Xəbərlər

Malayziya lideri Çinə səfər edəcək

Malayziyanın ali rəhbəri İbrahim İsmayıl bin Almahrum Sultan İskəndər Əl-Hacın Çinə səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hua Çunyin deyib.

“Çin Prezidenti Si Cinpinin dəvəti ilə Malayziyanın ali rəhbəri Sultan İbrahim İskəndər sentyabrın 19-dan 22-dək Çində rəsmi səfərdə olacaq”, – məlumatda vurğulanıb.

Gündəlikdəki məsələlər barədə məlumat verilməyib.