Yapon alimləri 500 milyon il əvvəl dənizdən quruya çıxan ilk bitki növlərindən biri olan mamır hüceyrələrini Beynəlxalq Kosmik Stansiyasının üzərinə yerləşdiriblər. Doqquz ay sonra hüceyrələrin 80 faizindən çoxu Yerə qayıdıb və bu da kosmosdakı həyatın davamlılığını sübut edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sciencealert” məlumat yayıb.
Mamırlar sərt radiasiyaya, həddindən artıq temperatura və tam qurumağa davam gətirmə qabiliyyəti ilə tanınan bitki dünyasının “tardiqradları” kimi tanınır. Yaponiyadakı Hokkaydo Universitetinin bioloqu Tomomiçi Fucita və onun komandası bu dözümlülüyün həddini sınamaq üçün iddialı bir təcrübə aparıblar.



