Xəbərlər

Mao Ninq: Kanada siyasi manipulyasiyanı dayandırmalıdır

Çin Kanadanı Çinin daxili işlərinə müdaxiləsini dayandırmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq brifinqdə deyib.

“Çin bir daha Kanadanı Çinin daxili işlərinə hər hansı şəkildə müdaxiləni dayandırmağa və insan hüquqları ilə bağlı məsələlərdə siyasi manipulyasiyalara son qoymağa çağırır”, – Mao Ninq əlavə edib.