Xəbərlər

MAQATE rəhbəri İrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın vaxtlarda İrana səfər edəcəyini, burada siyasi və texniki danışıqlar aparacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami ilə mən qarşılıqlı fəaliyyətimizi davam etdirməyin vacib olması ilə razılaşdıq. Mən tezliklə siyasi və texniki görüşlər üçün Tehrana səfər edəcəyəm”, – Qrossi “X” səhifəsində yazıb.