Xəbərlər

Mark Karni Qəzzadakı hadisələrə münasibət bildirib

Kanadanın Baş naziri Mark Karni Qəzza zolağındakı vəziyyəti soyqırım adlandırmaqdan imtina edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə hökumət başçısı növbədənkənar parlament seçkiləri ərəfəsində milli televiziya kanallarında yayımlanan debat zamanı deyib.

“Yaxın Şərqdə, Qəzza zolağında vəziyyət dəhşətlidir, lakin mən vəziyyəti daha da siyasiləşdirməmək üçün heç vaxt bu sözü işlətmirəm”, – Baş nazir əlavə edib.