Xəbərlər

Marqvelaşvili: Gürcüstanın Qərbdən imtina etməsi Rusiyanın qələbəsidir

Rusiya Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra mühüm ideoloji uğur əldə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstanın keçmiş Prezidenti Giorgi Marqvelaşvili (2013-2018) “The Wall Street Journal”a müsahibəsində bildirib.

Nəşr Marqvelaşvilidən sitat gətirir: “Rusiya üçün ideoloji baxımdan bu, böyük qələbədir”.

Onun sözlərinə görə, mühüm məqam Gürcüstan hökumətinin Qərbdən müstəqil mövqeyə üstünlük verərək “millətin geosiyasi oriyentasiyasını dəyişmək” qərarı olub.

Keçmiş Prezident vurğulayıb ki, Gürcüstanın bütün əvvəlki hökumətləri siyasi fikir ayrılıqlarına baxmayaraq, birmənalı olaraq qərbyönlü olaraq qalıblar.