Nyu-Yorkda geologiya və arxeologiya auksionda Yer kürəsinə məlum olan ən böyük meteorit parçası 5,3 milyon dollara satılıb.
“Füyuzat”ın məlumatına görə, bu bardə “Anadolu Ajansı” məlumat yayıb.
NWA 16788 adlı 25 kiloqramlıq (54 funt) Mars meteoriti 2023-cü ilin noyabrında güclü asteroid zərbəsi nəticəsində Marsdan qopduqdan sonra və 225 milyon kilometr (140 milyon mil) qət edərək Nigerin Sahara səhrasında düşüb.
Sotheby’s hərrac evinin məlumatına görə, meteorit üçün son təklif 4,3 milyon dollar olub və rüsumlar daxil olmaqla ümumi qiyməti 5,3 milyon dollara çatıb.
Həmçinin meteroid Yerdə tapılan ikinci ən böyük Mars parçasından 70% daha böyükdür və hazırda planetdə olan bütün Mars materialının təxminən 7%-ni təşkil edir.