Xəbərlər

Mask ABŞ hökumətində mövqe tutmağa hazır olduğunu bildirib

Amerikalı mühəndis və sahibkar İlon Mask ABŞ hökumətində vəzifə tutmağa hazır olduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İlon Mask “X” sosial şəbəksində məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkidə qalib gələcəyi təqdirdə Maska administrasiyasında yer və ya məsləhətçi rolunu təklif edəcəyini bildirib.

“Mən xidmət etməyə hazıram”, – deyə İlon Mask qeyd edib.