İlon Mask miqrantlar ətrafında yaranmış vəziyyətə görə Qərb ölkələrinin vətəndaş müharibəsi ilə üzləşəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Mask “X”də paylaşım edib.
“İstəsək də, istəməsək də müharibə gələcək. Qərbin tutduğu yol vətəndaş müharibəsinə aparacaq”, – deyə Mask Livan əsilli kanadalı professor Qad Saadın yazısını şərh edib.
Saad deyib ki, Qərb ölkələri “sivilizasiya intiharı edi”: “Qərbdə indi sükan arxasında yatmış bir çox kişi vətənləri sıxışdırıldıqda, qadınlarına hücum ediləndə, azadlıqları məhdudlaşdırıldıqda oyanacaqlar və bunu istəmədiklərini anlayacaqlar”.
Daha əvvəl Mask ABŞ-dakı miqrasiya problemlərini Amerika dövlətinin mövcudluğuna təhlükələrdən biri adlandırmışdı. O, həmçinin son üç ildə 7 milyondan çox qeyri-qanuni miqrantın ölkəyə daxil olmasına imkan verən ABŞ hakimiyyətinin miqrasiya siyasətini “dəlilik” hesab edib.