Xəbərlər

MDB Ermənistanla Azərbaycan arasında sülh sazişinə ümid edir

“Ümid edirik ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.

“Birlik ölkələrində hamımız Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında müqavilənin imzalanmasından necə məmnun idiksə, indi də Vaşinqtonda razılaşmanın əldə edilməsindən çox məmnunuq. Hesab edirik ki, bu, fikir ayrılıqlarının yekun həlli və Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə edilməsi yolunda mərhələlərdən biridir”, – o əlavə edib.