Mədəniyyət sadəcə sənət və ədəbiyyat deyil. O, bir millətin ruhudur, onun tarixi yaddaşıdır. Mədəniyyət insanın özünə və dünyaya baxışının əsasını təşkil edir. Ancaq nihilizm bu dərin və zəngin qatları boşluğa çevirir. O, keçmişi rədd etməklə gələcəyin də mənasızlaşmaşına zəmin yaradır.
Son dövrlər bizdə də bəzən nadir də olsa nihilist sosial media təbliğatı sezilir görünməz bir zehni virus kimi. Gənclərimizin çox az qismi köklərindən ayrı, ideallarından məhrum, mənasızlığın qaranlıq pərdəsi altında yaşayırlar. Bu, təkcə bir fərdin deyil, bütöv bir toplumun faciəsidir.
Keçmişdən üz döndərmək yalnız yaddaşımızı deyil, kimliyimizi də itirmək deməkdir. Kimliyini itirən millət isə varlığını da itirməyə mahkumdur. Mədəniyyət və tarix arasında möhkəm bağ var. Biz bu bağı itirəndə öz kökümüzü, öz varlığımızı itiririk.
Mədəniyyətin tərk edilməsi insanın ruhi ölümüdür. Nihilizm insan ruhunu bu ölümə doğru sürükləyən qaranlıq qüvvədir. Tarixi unutmaq asandır, amma bu unutqanlıq faciəli nəticələrə gətirib çıxarır.
Dünya tarixində nihilizm dalğaları hər zaman dağıdıcı olmuşdur. Amma bizim üçün bu dalğalar yalnız xarici təsir deyil, daxildən də gələn təhlükədir. Çünki keçmişimizi tərk etməklə biz öz ən böyük sərvətimizi – milli yaddaşımızı əlimizdən verərdik.
Bu yaddaşsızlıq boşluğunda yeni dəyərlər yaratmaq isə qeyri-mümkündür. Mədəniyyət yoxdursa, nə tarix, nə incəsənət, nə də mənəvi sərvət qala bilər. Biz isə özümüzü bu sərvətin daşıyıcısı və qoruyucusu kimi bilməliyik.
Çünki mədəniyyət bizim ən böyük və ən dəyərli mirasımızdır. Bu mirası tərk etmək öz gələcəyimizi qaranlığa aparmaqdır. Nihilizm səssiz bir qatil kimidir – o görünmür, amma dərin yaralar açır.
Bizim mübarizəmiz yalnız maddi zəfərlərlə deyil, bu ruhi boşluqlarla da aparılmalıdır. Millət kimi yaşamaq keçmişimizə sahib çıxmaqdan keçir. Bu gün bizə lazım olan tariximizdən ilham almaq, onu yaşatmaqdır.
Bu, mədəniyyətin qorunması və inkişaf etdirilməsi deməkdir. Çünki yalnız bu yolla biz öz kimliyimizi, öz milli ruhumuzu saxlaya bilərik. Mədəniyyətin yaşadılması həmçinin iradə və fədakarlıq tələb edir.
Tarixi dəyərləri qorumaq üçün mübarizə aparmaq lazımdır. Bu mübarizə maddi dünyadan daha çətindir, çünki görünməzdir. Ancaq mədəniyyətin qorunması hər bir fərdin və cəmiyyətin vəzifəsidir.
Yaddaşımızı unutmaqla biz öz varolma haqqımızı da risk altına alırıq. Yerli dəyərlərimiz, ənənələrimiz, dilimiz bu yaddaşın daşıyıcılarıdır. Onları qorumaq üçün cəmiyyət olaraq əsaslandırılmış həssaslıq göstərməliyik.
Əks təqdirdə, əslində, sosial media təsiri güclüdür. Nihilizm yalnız mənasızlıq deyil, eyni zamanda, yox olmaq təhlükəsidir. Əgər bu təhlükə qarşısında dayanmasa dünya, nəticələr faciəvi olacaq.
Bizim zamanımızda hər şey sürətlə dəyişir, ancaq dəyərlərimiz eyni qalmalıdır. Çünki onlar millətin adı, onun qüdrətidir. Yeni nəsil, yeni fikir və yeni ideallar birləşərək gələcək qurmalıdır.
Amma bu gələcək keçmişdən qopmadan yaddaşdan ayrı ola bilməz. Biz qalib xalqın övladlarıyıq və qlobal nihilizmin təhdidlərinə daha yaxşı bələdik.



