“İraq Yaxın Şərqdə münaqişənin qarşısını almağa sadiqdir, çünki bu, onun milli maraqlarına uyğundur və bütün regionun təhlükəsizliyinə xidmət edir”.
“Füyuzat”ın məlumatına görə, bunu İraqın Baş naziri Məhəmməd əl-Sudani Bağdadda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə deyib.
“İraqın regionda münaqişənin genişlənməsinin qarşısını almaq üçün göstərdiyi səylər onun milli təhlükəsizliyinin maraqlarına cavab verir və bütün regionun sabitliyinə xidmət edir. Biz digər dövlətlərlə, həmçinin Avropa İttifaqı ilə birlikdə Yaxın Şərqdə atəşkəs üçün mümkün olan hər şeyi edirik”, – Baş nazir bildirib.