Xəbərlər

Mehmet Şimşək ABŞ-a gedir

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək gələn həftə ABŞ-a səfər edəcək, G20 və Beynəlxalq Valyuta Fondunun (BVF) toplantılarına qatılacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN Türk” məlumat yayıb.

“Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları bu il oktyabrın 21-dən oktyabrın 26-dək keçiriləcək. İllik toplantılar çərçivəsində G-20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısı da keçiriləcək. Şimşək bu görüşlər üçün gedəcəyi ABŞ-da ABŞ-ın maliyyə naziri Canet Yellen ilə də görüşəcək. Bir çox ikitərəfli görüşlər keçirəcək Şimşəkin ABŞ ilə təmasları davam edəcək”, – məlumatda bildirilib.

Həmçinin məlumatda qeyd edilib:

“Digər tərəfdən, iqtisadi gündəm də gərgindir. Xəzinə və Maliyyə Nazirliyi ilə Strategiya və Büdcə Mərkəzi tərəfindən hazırlanan 2025-ci il İllik Proqramının oktyabrın sonunda açıqlanması gözlənilir.

Üçüncü rübün artım məlumatları açıqlanacaq. Oktyabr ayı inflyasiya məlumatları Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən noyabrın 4-də açıqlanacaq.

Mərkəzi Bankın sədri Fatih Karahan ilin son İnflyasiya Hesabatını noyabrın 8-də açıqlayacaq. Karahanın verəcəyi mesajlar iqtisadiyyat və bazarlar tərəfindən yaxından izlənəcək”.