Xəbərlər

Mehmet Şimşek: “Atdığımız addımlar davamlı inkişafa səbəb olur”

“Atdığımız addımlarla investisiya, məşğulluq, istehsal və ixraca yönəlmiş davamlı inkişaf əldə edərkən zəif tərəflərimizi də azaldırıq”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

“İllik kəsr may ayına nisbətən 9,6 milyard dollar azaldı. Cari balansdakı azalma və ölkəmizə artan beynəlxalq investor marağı nəticəsində ehtiyatlarımız 140 milyard dollarlıq tarixi rekord əldə etdi”, – deyə nazir bildirib.

“Həyata keçirdiyimiz siyasətlə zəif tərəflərimizi aradan qaldırırıq və investisiya, məşğulluq, istehsal və ixraca yönəlmiş dayanıqlı artımı təmin edirik. Sənaye istehsalının artımı bunu böyük ölçüdə əks etdirir. Həyata keçirdiyimiz siyasətin nəticələrini hər gün görürük və məqsədlərimiz bundan sonra da bir-bir reallaşacaq”, – deyə o, əlavə edib.