Millət vəkili Mehriban Vəliyeva Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun və “Füyuzat” jurnalının qonağı olub.
“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu və STM-in sektor müdiri, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qonaqla görüş keçirib.
Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb.
MİMTA Fondunun yaranması və həyata keçirdiyi layihələr, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyəti barədə geniş məlumat verilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atacağı addımlarından danışılıb.
Öz növbəsində Mehriban Vəliyeva MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.



