Xəbərlər

Meksika prezidenti Trampla miqrasiyanı müzakirə edib

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Meksika prezidenti “X” səhifəsində qeyd edib.

“Mənim yeni seçilmiş prezident Donald Trampla gözəl söhbətim oldu. Biz Meksikanın miqrasiya ilə bağlı strategiyasına toxunduq. Həmçinin suverenliyimiz çərçivəsində təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsi üçün ölkədə apardığımız kampaniya haqqında da danışdıq”, – o əlavə edib.