Xəbərlər

Meksika Prezidenti Ukraynaya səfər etməkdən imtina edib

Meksika Prezidenti Klaudiya Şeynbaum Ukraynaya səfər etməkdən imtina edib.

“Füyuzat”ın məlumatına görə, Şeynbaum bu barədə “Excelsior” nəşrinə müsahibəsində deyib.

“Bizim xarici siyasətimiz çox ləyaqətli və sülhsevərdir. Meksikanın Kitodakı səfirliyinə hücumdan sonra bizim Ekvadordan başqa bütün ölkələrlə əlaqələrimiz var. Mənim əsas vəzifəm Meksikanı idarə etməkdir, biz vacib hesab etdiyimiz bəzi beynəlxalq tədbirlərə gedəcəyik”, – Prezident əlavə edib.