Xəbərlər

Meksikada siyasi mitinqdə səhnə çöküb, 9 nəfər ölüb

Meksikanın Nuevo Leon əyalətinin San Pedro şəhərində seçki mitinqində səhnənin qismən çökməsi nəticəsində biri uşaq olmaqla 9 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə əyalət rəsmiləri məlumat yayıb.

Tədbirdə iştirak edən prezidentliyə namizəd Xorxe Alvarez Maynez bildirib ki, 4 nəfər hadisə yerində ölüb, biri uşaq olmaqla daha 5 nəfər isə xəstəxanada həyatını itirib. Hadisə nəticəsində 60-dan çox insan xəsarət alıb.