“Bir müddət əvvəl 15-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləyən Avropa İttifaqı (Aİ) artıq 16-cı sanksiyalar paketini hazırlamağa başlayır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliyanın Baş naziri Giorgia Meloni Aİ-nin ilin sonuncu sammiti ərəfəsində parlamentdə çıxışı zamanı bildirib.
“Biz 15-ci sanksiya paketini dəstəklədik, 16-cı isə artıq işlənmə mərhələsindədir”, – Meloni qeyd edib.
Onun sözlərinə görə, məhdudiyyətlər Ukraynada “ədalətli sülhə” nail olmaq məqsədi daşıyır.
Meloni onu da əlavə edib ki, yaxın vaxtlarda Kiyevə 50 milyard dollarlıq kredit ayrılacaq və bu, dondurulmuş Rusiya aktivləri ilə təmin ediləcək.