Xəbərlər

Meloni: NATO Nizamnaməsinin 5-ci maddəsinin modeli əsasında Ukraynaya təminat verilməsi müzakirə olunur

“Ukrayna üçün təhlükəsizlik təminatları NATO Nizamnaməsinin 5-ci maddəsinin modelinə, yəni Kiyevin Qərb müttəfiqləri tərəfindən nəzərdən keçirilən müdafiə mexanizmə əsaslanacaq”.

“Füyzat”ın məlumatına görə, bunu İtaliyanın Baş naziri Giorgia Meloni deyib.

“İtaliya həmişə qeyd edib ki, sülhün açarı Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarıdır. Biz buradan başlamalıyıq və bu, yaxınlarda Vaşinqtonda avropalılar, amerikalılar və ukraynalılar arasında keçirilən görüşdə də təsdiqləndi. İtaliyanın NATO Nizamnaməsinin 5-ci maddəsindən (kollektiv müdafiə haqqında) ilhamlanan mexanizmə əsaslanan təklifi hazırda müzakirələrdə əsas təklifdir”, – o əlavə edib.