“Mərakeş hakimiyyəti Suriya xalqının ərazi bütövlüyünün, milli suverenliyinin və birliyinin qorunmasının tərəfdarıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Nasser Bourita deyib.
“Krallıq Suriyadakı vəziyyətin sürətli və əhəmiyyətli inkişafını yaxından izləyir. Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədin göstərişlərinə əsasən, Mərakeşin Suriya ilə bağlı mövqeyi həmişə Suriyanın ərazi bütövlüyünün, milli suverenliyinin və xalqının birliyinin qorunması olub və bu, Krallığın dəyişməz mövqeyi olaraq qalacaq. Rabat ümid edir ki, baş verən hadisələr Suriya və Suriya xalqı üçün sabitlik, inkişaf və daha yaxşı gələcək gətirəcək”, – nazir əlavə edib.