Mersində terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda 14 şübhəli saxlanılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Mersin Regional Polis Şöbəsindən açıqlama verilib.
Məlumata görə, terror təşkilatı PKK/KCK-nın hərəkət və fəaliyyətlərinin ifşası istiqamətində aparılan işlər nəticəsində təşkilat daxilində fəallıq göstərən, toplantı və yürüşlərdə iştirak edən, sosial mediada aktiv olan və təbliğat fəaliyyəti ilə məşğul olan şübhəlilərin tutulması üçün əməliyyat təşkil edilib.
Şəhər mərkəzi və Tarsus bölgəsində göstərilən ünvanlarda keçirilən əməliyyatda 14 şübhəli saxlanılıb.