Xəbərlər

Merz: Zelenski-Putin görüşü baş tutmayacaq

“Aydındır ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merz deyib.

“Almaniya və Fransa hökumətləri Ukraynadakı müharibəni müzakirə edəcəklər. Keçən həftə Vaşinqtonda Tramp və Putin arasında razılaşmanın əksinə olaraq, Zelenski ilə Putin arasında görüş baş tutmayacaq”, – o əlavə edib.