Xəbərlər

Məsud Pezeşkian: Peşman edəcəyik

İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə ilk reaksiya Prezident Pezeşkiandan gəlib.

“Füyuzat”ın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian İsmayıl Haniyənin vəfatı ilə bağlı İranın yasda olduğunu bildirib.

O qeyd edib ki, hücum həm də İranın ərazi bütövlüyünü hədəfə alıb: “İran öz ərazi bütövlüyünü, ləyaqət və şərəfini müdafiə edəcək, işğalçı terrorçular alçaq hərəkətlərinə görə peşman olacaq”.