Xəbərlər

Məsud Pezeşkian sorğularda liderdir

İranda keçirilən rəy sorğusunda prezident seçkilərinin ikinci turunda iştirak etmək üçün haqq qazanmış islahatçı namizəd Məsud Pezeşkian 49,5 faiz səslə, 43,9 faiz səs toplamış mühafizəkar namizəd Səid Cəlilini geridə qoyub.

“Füyuzat”ın məlumatına görə, bu barədə İSPA məlumat yayıb.

Belə ki, ölkənin 31 ştatında yaşı 18-dən yuxarı olan 3606 nəfərlə aparılan sorğuda iştirakçıların 49,5 faizi islahatçı namizəd Pezeşkiana, 43,9 faizi isə mühafizəkar namizəd Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Cəliliyə səs verəcəklərini bildiriblər.