Bu gün Mətbuat Şurasının yaranmasından 22 il ötür.
Mətbuat Şurası 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında təsis edilib. Şura ötən müddətdə missiya və səlahiyyətlərinə uyğun olaraq, Azərbaycanda media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində aktiv fəaliyyət göstərib.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvü olan Mətbuat Şurası həm mövcud platformalarda ölkəmizi təmsil edib, həm də digər müstəvilərdə beynəlxalq əməkdaşlığa üstünlük verərək nüfuz, inam və etimad qazanıb.
Mətbuat Şurasının İdarə Heyətində ölkəmizin tanınmış media və ictimaiyyət nümayəndələri təmsil olunub və olunmaqdadırlar. Onlar bu gün də Şuranın işində aktiv rol oynayır, media peşəkarlığının qorunması istiqamətində yorulmaz fəaliyyət göstərir, milli mətbuatımızın şanlı ənələrinə sadiqlik ruhunu aşılayırlar.
“Füyuzat” olaraq 22-ci doğum günü münasibəti ilə Mətbuat Şurası rəhbərliyi və hər bir üzvünü təbrik edir, fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulayırıq.



