Xəbərlər

Meymun çiçəyi virusu “Covid-19” kimi pandemiyaya çevriləcəkmi?

“Meymun çiçəyi (m-pox) ilə mübarizədə virusa yoluxmuş ərazilərdə kütləvi peyvənd əvəzinə məqsədli peyvənd aparılmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris söyləyib.

Harris virusun sürətlə yayılmasının dünya gündəmində olduğunu qeyd edərək, bu virusun 1-ci və 2-ci sinif olmaqla iki genetik növü olduğunu qeyd edib.

“Virus sürətlə yayılır, xüsusilə də uşaqlar arasında ölüm nisbəti hədsiz dərəcədə yüksəkdir. Bizi əsas narahat edən səbəb odur ki, virus çox tez digər ölkələrə, o cümlədən Burundi, Ruanda, Uqanda və Keniyaya da yayılıb”, – Harris bildirib.

Eyni zamanda, “Çiçək” və “HİV” infeksiyası olan şəxslərin “M-pox” virusuna daha çox yoluxma ehtimalının olduğuna diqqət çəkən Harris, bu insanlarda ölüm riskinin daha da yüksək olduğunu söyləyib.

Məlumatda qeyd edilib ki, virusa yoluxanların hərarəti yüksəlir və dərilərində səpkilər yaranmağa başlayır. Virusa yoluxmuş xəstələrin bu müddət ərzində müalicə alması və özlərini təcrid edə bilmələri çox vacibdir.