Millət vəkili Nigar Məmmədova “Füyuzat” jurnalının qonağı olub.
“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu Nigar Məmmədova ilə görüş keçirib.
Görüş zamanı Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun fəaliyyəti, həmçinin “Füyuzat” və “İşıq” jurnallarının yenidən nəşr etdirilməsi barədə qonağa məlumat verilib. Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində MİMTA Yayımlarının bp şirkətinin dəstəyi ilə nəşr etdiyi “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun hazırlanmasından və bunun Azərbaycan mətbuatının tədqiqi baxımından əhəmiyyətindən danışılıb.
Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.
Sonda millət vəkili MİMTA Fonduna, MİMTA Yayımları, eləcə də “Füyuzat” və “İşıq” jurnallarına uğurlar arzu edib.