Füyuzat 145 Tural İsmayılov

Milli dövlətçilik və hüququn aliliyi

Azərbaycanın dövlətçilik tarixinin zənginliyi onun minillik köklərindədir və bu şanlı tarixi irs müasir Azərbaycanın suveren və hüquqi dövlət kimi formalaşmasında mühüm rol oynayır. Dövlətçilik ənənələri qədim dövrlərə – eramızdan əvvəl IV minilliyin sonları, III minilliyin əvvəllərinə qədər gedib çıxır. Bu dövrdə Urmiya hövzəsində formalaşan dövlət qurumları təkcə Azərbaycan tarixində deyil, həm də regionun hərbi-siyasi həyatında əhəmiyyətli yer tutmuşdur.

Azərbaycan dövlətçiliyinin inkişafında orta əsrlər dövrü yeni mərhələ təşkil edir. IX əsrin ortalarından başlayaraq Azərbaycanın müxtəlif ərazilərində Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər kimi müstəqil dövlətlər yaranmış, bu dövlətlər regionda siyasi və mədəni dirçəlişin əsas mərkəzi olmuşdur.

XV–XVIII əsrlərdə Azərbaycanda dövlətçilik mədəniyyəti daha da zənginləşir. Bu dövrdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi imperiyaları daha böyük ərazidə dövlətçiliyimizin möhkəmlənməsini təmin etmiş, Azərbaycanın hərbi və diplomatik gücünü artırmışdır. Səfəvilər dövrü xüsusilə Azərbaycan dilinin dövlət səviyyəsində işlənilməsi və milli mədəniyyətdə öncül rol oynamasına görə əlamətdar sayılır. Dövlətçilik ənənələri bu dövrdə həm daxili idarəetmədə, həm də beynəlxalq münasibətlərdə inkişaf etmişdir.

XX əsrin başlanğıcı Azərbaycan tarixi üçün yeni bir dönüş nöqtəsidir. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Şərqdə ilk parlament idarəçiliyi olan bu dünyəvi dövlət müstəqillik uğrunda mübarizə və dövlətçilik ənənələrinin dirçəldilməsi kimi böyük bir missiyanı yerinə yetirirdi. Azərbaycan Xalq Cümhuriyyəti milli ordu, qanunvericilik və dövlət institutları formalaşdıraraq ölkəmizi dünyada müstəqil dövlət kimi tanıtdı…

Davamı…