Milli Kitabxanada milli musiqimizdə mahnı janrının inkişafında dərin iz qoymuş görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Cavanşir Quliyev – 75” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.
Məlumata əsasən, sərgidə bəstəkar Cavanşir Quliyevin musiqi əsərləri, tərtibçi və redaktor olduğu, rəy verdiyi musiqi və incəsənət məktəbləri üçün dərsliklər, monoqrafiyalar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, əsərlərinin əsasında aparılmış elmi tədqiqatlar və s. dövri mətbuat materialları nümayiş olunur.



