Xəbərlər

Milli Kitabxanada “Əməkdar elm xadimi Qulu Xəlilov – 95” adlı kitab sərgisi açılıb

Çoxşaxəli yaradıcılıq aləminə sahib olan filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qulu Xəlilovun anadan olmasının 95 illiyi münasibətilə Milli Kitabxanada “Əməkdar elm xadimi Qulu Xəlilov – 95” adlı ənənəvi geniş kitab sərgisi açılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.

Məlumata əsasən, sərgidə professorun bədii, elmi və publisistik əsərləri, redaktor olduğu, rəy və “Ön söz” yazdığı kitablar, həyatı və yaradıcılığı haqqında xatirələr, poetik düşüncələr və s. ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.