Xəbərlər

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Həmid Abbas – 90” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, jurnalist, tərcüməçi Həmid Abbasın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Əməkdar incəsənət xadimi Həmid Abbas – 90” adlı ənənəvi kitab sərgisi açılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.

Verilən məlumata əsasən, sərgidə müəllifin müxtəlif illərdə nəşr olunmuş əsərləri, tərcümələri, eləcə də onun həyat və yaradıcılığına həsr edilmiş kitablar nümayiş olunub.