Xəbərlər

Milli Kitabxanada İsmayıl bəy Qutqaşınlı və Sara Aşurbəyliyə həsr olunmuş kitab sərgiləri açılıb

Milli Kitabxanada görkəmli ədib, böyük maarifçi İsmayıl bəy Qutqaşınlının anadan olmasının 220 illik yubileyi münasibətilə “İsmayıl bəy Qutqaşınlı – 220” və Azərbaycanın görkəmli tarixçisi, Əməkdar elm xadimi Sara xanım Aşurbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə “Əməkdar elm xadimi Sara Aşurbəyli – 120” adlı kitab sərgiləri istifadəçilərə təqdim olunub.

“Füyuzat” xəbər verir ki, kitabxanadan bildirilib ki, “İsmayıl bəy Qutqaşınlı – 220 ” adlı kitab sərgisində ədibin əsərləri, həyatı, ictimai fəaliyyəti və ədəbi irsi haqqında ədəbiyyatlar sərgilənir.

“Əməkdar elm xadimi Sara Aşurbəyli – 120” adlı kitab sərgisində isə alimin əsərləri, fundamental elmi tədqiqatları, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar yer alır.